İnfarkta səbəb ola biləcək vərdişlər

İnfarkta səbəb ola biləcək vərdişlər
  03 Yanvar 2022    Oxunub:1659
Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Mayo Clinic təşkilatının mütəxəssisləri bildirib.

Onların sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir. Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görüblər.

Mütəxəssislər ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşqul olmağı məsləhət görür. Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıblar.

AzVision.az


Teqlər: İnfarkt  





Xəbər lenti