Cinayət törədən 21 nəfər saxlanılıb

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında isə 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
AzVision.az
Teqlər: DİN