700-dən çox uşağa sosial xidmət göstərilib

700-dən çox uşağa sosial xidmət göstərilib
  03 Yanvar 2022    Oxunub:824
Azərbaycanda 700-dən çox uşağa sosial xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə 2021-ci ilin sentyabr ayından icra olunan layihələr üzrə yaradılmış günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub.

Layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, həssas qruplardan olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.

Günərzi mərkəzlər 24 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron, Qəbələ, Neftçala, Göygöl, Saatlı, Samux, Hacıqabul, Qusar, Quba, Xaçmaz, Oğuz, Şəki, Göyçay, İsmayıllı, Daşkəsən, Biləsuvar, Cəlilabad, Bərdə, Ağstafa və Bakının Nizami rayonları) qurulub.

Həmin mərkəzlərdə 3-12 yaş arası uşaqlara sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilib.

AzVision.az



Teqlər: sosial  



Xəbər lenti