Dövlət Agentliyi sürücülərə müraciət etdi

Dövlət Agentliyi sürücülərə müraciət etdi
  03 Yanvar 2022    Oxunub:838
Sabah səhər saatlarından Bakının Heydər Əliyev prospektinin Mircəfər Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarları yuyulacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

"Sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.

AzVision.az



Teqlər: AAYDA   Sürücü  



Xəbər lenti