OPEC-in baş katibi dəyişib

   OPEC-in baş katibi dəyişib
  03 Yanvar 2022    Oxunub:1387
Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv ölkələrin energetika nazirlərinin yeni görüşü keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə OPEC-in yeni baş katibi seçilib. Sözügedən vəzifəyə yeganə namizəd Küveytin OPEC-dəki sabiq nümayəndəsi Haysam əl-Qays olub və o, baş katib seçilib

Onun namizədliyi dekabr ayının əvvəllərində müzakirə olunsa da, yekdil qərara gəlmək mümkün olmamışdı. Hazırkı baş katib, 2016-cı ildən həmin vəzifədə olan Nigeriya nümayəndəsi Məhəmməd Barkindonun ikinci üç illik slahiyyət müddəti iyul ayının sonunda başa çatır. Təşkilatın mövcud Nizamnaməsinə əsasən eyni şəxs baş katib vəzifəsini iki müddətdən artıq tuta bilməz.

1990-cı ildə San Fransisko Universitetindən politologiya ixtisası ilə məzun olmuş H.Geis Küveyt Xarici İşlər Nazirliyində, həmçinin neft şirkətlərində çalışıb. Ana dilindən savayı ingilis, fransız, ispan, portuqal, alman dillərini mükəmməl, Çin dilini danışıq səviyyəsində bilir.

AzVision.az



Teqlər: OPEC  





Xəbər lenti