ABŞ-ı neft basdı

ABŞ-ı neft basdı
  02 Aprel 2013    Oxunub:1418
Birləşmiş ştatlarda küçələri neft bürüyüb
Arkanzas ştatında neft kəmərlərinin birində baş verən sızma nəticəsində Kanadadan nəql olunan xam neft Meyflauer şəhərini cənginə alıb. Polislər sakinləri ərazidən uzaqlaşdırmağa çalışır. Hazırda qurumlar helikopterlər vasitəsilə sızma bölgəsinə monitorinq keçirir.

Hələ ki, sızmanın qarşısını almaq mümkün olmayıb. Qeyd edək ki, sıradan çıxan neft kəməri Kanadanın Ekson şirkətinin nəzarətindədir. Qəzaya səbəb kəmərin köhnə olması göstərilir. Belə ki, kəmər 65 ildir fəaliyyət göstərir. Onu da qeyd edək ki, Ekson şirkəti bundan əvvəl kəmərlərə vaxtı-vaxtında nəzarət etmədiyinə görə ABŞ məhkəməsi tərəfindən dəfələrlə cərimələnib.


Teqlər:





Xəbər lenti