Azərbaycan Türkiyədən 202 milyonluq müdafiə məhsulu alıb

   Azərbaycan Türkiyədən 202 milyonluq müdafiə məhsulu alıb
  03 Yanvar 2022    Oxunub:822
Türkiyənin keçən il ən çox müdafiə və aerokosmik məhsulun ixrac etdiyi ölkə 1 milyard 127 milyon 861 min dollarla ABŞ olub.
Bu barədə AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, Müdafiə və aerokosmik ixracatda ABŞ-ı 202 milyon 221 min dollarla Azərbaycan, 180 milyon 547 min dollarla Qətər, 161 milyon 526 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 159 milyon 667 min dollarla Mərakeş izləyib.

Müdafiə və aerokosmik sənayesi 2021-ci ildə ixrac rekordu qırıb. Belə ki, müdafiə və aerokosmik sənayesi 2021-ci ildə 3 milyard 224 milyon 786 min ABŞ dolları ilə yeni ixrac rekorduna çatıb.

AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti