Maskın sərvəti yenidən 300 milyard dolları keçib

Maskın sərvəti yenidən 300 milyard dolları keçib
  04 Yanvar 2022    Oxunub:1017
Məşhur amerikalı biznesmen, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskın sərvəti ikinci dəfə 300 milyard dollar həddini keçib.
AzVision.az xəbər verir ki, o "Forbes"in hazırkı vaxtda milyarderlərin yenilənən "Real-Time" siyahısında belə bir göstəriciyə nail olub. Yeni göstəricilərər əsasən Maskın sərvəti gündə 32,6 milyard dollar artaraq 304,2 milyard dollar təşkil edib. Beləliklə, o, dünya milyarderləri reytinqində liderliyini qoruyub saxlamaqda davam edir.

Xatırladaq ki, hələ 2021-ci ilin noyabr ayında "Tesla"nın səhmlərinin qiymətləri tarixi rekorda çatdıqda, Mask tarixdə 300 milyard dollar sərvətə sahib olan ilk şəxs olmuşdu.
Keçən ilin oktyabrında o, 257,6 milyard dollar sərvətlə "Forbes" tarixinin ən varlı adamı seçildi. Bundan əvvəl isə "Amazon"un qurucusu Cef Bezos tarixin ən böyük sərvətinə malik şəxs hesab olunurdu. Onun sərvəti 212 milyard dollara çatmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tesla   İlon-Mask   Dollar  





Xəbər lenti