Məşhur aktrisa koronavirusa yoluxub

Məşhur aktrisa koronavirusa yoluxub
  04 Yanvar 2022    Oxunub:2128
Məşhur aktrisa və teleaparıcı Vupi Qoldberq koronavirusa yoluxub. Onun testi müsbət çıxdığı üçün aktrisa “The View” verilişinin çəkilişlərindən imtina etmək məcburiyyətində qalıb.
AzVision.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Qoldberqin həmkarı, 79 yaşlı teleaparıcı Coy Behar sosial mediada paylaşım edərək deyib ki, 66 yaşlı Vupi 2022-ci ildə şounun ilk bölümünü buraxmaq məcburiyyətində qalıb. Behar "O, peyvənd olunub və buster dozanı qəbul edib. Ona görə də aktrisanın yüngül simptomları var" deyib.

AzVision.az



Teqlər: Koronavirus   Aktrisa  





Xəbər lenti