Vaksin mifi- Peyvəndlərin tərkibində nələr var

      Vaksin mifi-  Peyvəndlərin tərkibində nələr var
  04 Yanvar 2022    Oxunub:1856
Ukraynada qeydiyyatdan keçən COVID-19 vaksinlərinin heç birinin tərkibində civə yoxdur. AzVision.az xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Mərkəzi "Facebook"da məlumat yayıb.
- Miflərə inanmayın! Peyvəndlərin heç birində civə yoxdur,- mərkəzin paylaşımında yazılıb.

"Ukrinform" isə yazır ki, Ukraynada qeydiyyatdan keçmiş vaksinlərin tərkibi ilə Səhiyyə Nazirliyinin "COVID-19-a qarşı peyvənd" saytında tanış olmaq olar.

Məsələn, "AstraZeneca" peyvəndinin tərkibində köməkçi maddələr kimi L-qistidin və L-qistidin hidroxlorid monohidrat, dinatrium duzu "etilendiaminteuksusnoy kislota" (EDTA), maqnezium xlorid, etanol, polisorbat 80, natrium xlor, saxaroza, inyeksiya üçün sudan başqa heç nə yoxdur.

Sinovac Biotech-in təsirsizləşdirilmiş "CoronaVac" peyvəndinin tərkibində isə qeyri-aktiv, “öldürülmüş” SARS-CoV-2 virusu və köməkçi maddələr var. Bunlar alüminium hidroksid - aktiv komponentin təsirini sürətləndirir və gücləndirir, natrium hidrogen fosfat 12-su və natrium hidrogen fosfat monohidrat - turşu səviyyəsinin bədənimizin səviyyəsinə uyğun olması üçün peyvəndi sabitləşdirən tamponlayıcı maddələr, natrium xlorid- həlledicidir və vaksinlərin duz balansını tənzimləyir.

Qeyd edək ki, son zamanlar sosial mediada peyvəndlərin tərkibində ağır metalların olması barədə miflər dolaşırdı.
Tural Tağıyev
AzVision.az



Teqlər: Vaksin  





Xəbər lenti