Azərbaycanda 15 nəfər koronavirusdan vəfat edib

   Azərbaycanda    15 nəfər    koronavirusdan vəfat edib
  04 Yanvar 2022    Oxunub:855
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 618 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 555, bu günə qədər isə ümumilikdə 5 889 656 test icra olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti