Türkiyə sahillərində zəlzələ olub

Türkiyə sahillərində zəlzələ olub
  05 Yanvar 2022    Oxunub:687
Türkiyə sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yerli vaxtla səhər saat 06:21-də Antalyanın Alanya rayonu yaxınlığında Aralıq dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Alanya şəhərindən 56,92 kilometr məsafədə, ocağı isə 69 kilometr dərinlikdə yerləşib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: türkiyə   Zəlzələ  



Xəbər lenti