Vətəndaşlardan daha 10 ov tüfəngi götürülüb

Vətəndaşlardan daha 10 ov tüfəngi götürülüb
  05 Yanvar 2022    Oxunub:809
Ötən gün Azərbaycanda qanunsuz 10 silah aşkarlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

AzVision.az



Teqlər: DİN  



Xəbər lenti