Ermənistanda virusdan ölənlərin sayı 7 989-a çatıb

Ermənistanda virusdan ölənlərin sayı 7 989-a çatıb
  05 Yanvar 2022    Oxunub:575
Ermənistanda son sutka ərzində daha 129 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 345 255 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 989-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 5011 nəfərdir. Aktiv xəstələrin sayı 3 451 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti