Pulunu qohumuna verib polisə yalan danışdı

Pulunu qohumuna verib polisə yalan danışdı
  05 Yanvar 2022    Oxunub:795
Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7 000 manat pulun oğurlandığını deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib.

Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: Lənkəran   Polis  





Xəbər lenti