İlin ilk əkizlərinə Heydər və İlham adı verildi- FOTO

  İlin ilk əkizlərinə Heydər və İlham adı verildi-    FOTO
  05 Yanvar 2022    Oxunub:2406
2022-ci ilin ilk günü dünyaya gələn əkiz körpələrə Heydər və İlham adı veriləcək.
Bu barədə AzVision.az -a açıqlamasında körpələrin atası, Bərdə rayon Qarağaclı kənd sakini Səbuhi Kərimov deyib. O bildirib ki, körpələrə adın verilməsini ailə ilə razılaşdırıb:

“İlk gün çox həyacanlı idim, Ağlıma da gəlməzdi ki, mənim əkiz uşaqlarım dünyaya gələr. Heç bilməzdim ki, onlar bu ilin ilk körpələri olacaq. Çox sevincliyəm. Evimizə gəldik, anamla məsləhətləşdim və qərara gəldik ki, övladlarım sağ-salamat evə gələndən sonra birinə Ulu öndərimiz Heydər Əliyevin, birinə isə Ali Baş Komandanımız İlham Əliyevin adını verək. Onlar Zəfər tariximizdə dünyaya gəlib və gələcəyin qəhrəman əsgərləri olacaqlar”.

Gec ailə qurduğunu deyən S.Kərimov əkizlərin ilk övladı olduğunu bildirib.

Qeyd edək ki, 2022-ci ilin ilk uşağı Gəncədə dünyaya gəlib. Əkiz doğulan körpələr oğlan uşaqlarıdır. Onların çəkisi 1 kq 900 və 1kq 600- qramdır.



Aytən Zəhra
AzVision.az



Teqlər: Körpə  



Xəbər lenti