"Ağdamda “İmarət” stadionu bu il tikiləcək" - Nazirlik

AzVision.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin 2022-ci il üzrə gözləntilərində qeyd edilib:
"Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan edib. Belə bir ildə böyük idmanın Qarabağa qayıdışı yolunda ilkin addımların atılacağına əminik. Bu istiqamətdə ilk addım isə Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşası olacaq".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Ağdam səfəri zamanı ermənilərin vəhşiliyi nəticəsində dağıdılan “İmarət” stadionunun bərpa olunacağını və stadionun adının “İmarət” olacağını qeyd etmişdi.
Aytən Zəhra
AzVision.az
Teqlər: