Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub

 Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub
  05 Yanvar 2022    Oxunub:862
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.

Fövqəladə vəziyyət rejimi bu gün saat 16:00-dan yanvarın 19-na qədər davam edəcək. Bu müddət ərzində axşam saat 23:00-dan səhər saat 7:00-a qədər komendant saatı tətbiq ediləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti