Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
“Bu gün ölkəmiz haqlı olaraq dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər”, - deyə dövlətimizin başçısı vurğulayır.
Milad bayramının yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunduğunu bildirən dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: “Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


