Bayram günləri təcili yardıma müraciətlərin sayı artıb

   Bayram günləri təcili yardıma müraciətlərin sayı artıb
  05 Yanvar 2022    Oxunub:908
Bayram günlərində Bakı şəhəri üzrə təcili yardıma çağırışların sayında artım müşahidə edilib. Bu günlərdə 139 briqadamız gücləndirilmiş iş rejimində çalışıb.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib. O bildirib ki, adi günlərdə təcili yardıma 2600-2700 çağırış olurdusa, bayram günlərində çağırışların sayı 2800-3200-ə qədər yüksəlib:

“Ən çox müraciət yanvar ayının 2 və 3-ü tarixlərinə təsadüf etdi. Həmin gün mürac iətlərin sayı 3200-ə qədər yüksəldi”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Təciliyardım  



Xəbər lenti