"Pandemiya zamanı daxili turizmdən istifadə azaldı"

   "Pandemiya zamanı daxili turizmdən istifadə azaldı"
  05 Yanvar 2022    Oxunub:1509
Son dövrlər dünyada aqroturizm və kənd turizmi daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Bu turizm növləri turistlərin regionlara cəlb edilməsi ilə məşğulluğun artması, vətəndaşların rifah halının yaxşılaşdırılması, kənd əhalisinin gəlirlərində davamlılığa nail olmaq, kəndlərdən miqrasiyanın azaldılması, mədəni irsin və yerli qastronomiyanın təbliği üçün mühüm amillərdəndir.
AzVision.az xəbər verir ki, b unu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Milli Məclis" jurnalına müsahibəsində deyib. O bildirib ki, ölkəmizdə, xüsusən bölgələrimizdə bu sahənin inkişafı turizmin mövsümiliyinin aradan qaldırılmasına və dayanıqlılığa nail olunmasına şərait yaradacaq:

"Təəssüf ki, pandemiya zamanı daxili turizmdən istifadə azaldı və ötən illərlə müqayisədə 2020-ci il üzrə 3 milyona yaxın daxili turizm səfəri təxirə salındı. Cari ilin əvvəlindən Nazirlər Kabinetinin şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması ilə bağlı qərarından sonra daxili turizm xidmətlərindən istifadə bir qədər çoxalıb. Postpandemiya dövründə daxili turizm bütün dünyada olduğu kimi, Azərbaycanda da prioritet istiqamət olacaq, bölgələrimizin turizm baxımından inkişafı üçün daha çox əhəmiyyət kəsb edəcək”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti