"Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasına ümid edirik" - Rusiya XİN

 "Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasına ümid edirik" -    Rusiya XİN
  05 Yanvar 2022    Oxunub:1341
“Moskva Qazaxıstandakı vəziyyətin tezliklə normallaşmasına ümid edir”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz, Rusiyanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, qardaşlıq, insani təmaslarla bağlı olduğu ölkədə vəziyyətin mümkün qədər tez normallaşmasına ümid edirik”, - Rusiya XİN-in saytında deyilir.

Qeyd olunub ki, Rusiya Qazaxıstanda vəziyyətin iğtişaşlarla deyil, dialoq yolu ilə normallaşdırılmasının tərəfdarıdır: "Qardaş qonşu ölkədə baş verənləri diqqətlə izləyirik. Biz bütün problemlərin küçə iğtişaşları və qanunların pozulması ilə deyil, konstitusiya-hüquqi yolla və dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya-XİN  



Xəbər lenti