Üç tondan artıq dondurma məhv edildi

 Üç tondan artıq dondurma məhv edildi
  06 Yanvar 2022    Oxunub:1100
“AZ FP CO LTD” MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş 3 adda, 3442.50 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu barədə AzVision.az -a Agentlikdən məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

AzVision.az


Teqlər: Dondurma   AQTA  





Xəbər lenti