Ötən il yeni doğulan uşaqlara ən çox qoyulan adlar

   Ötən il yeni doğulan uşaqlara ən çox qoyulan adlar
  06 Yanvar 2022    Oxunub:395
Ötən il Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.
AzVision.az Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2021-ci ildə doğulan oğlan uşaqlarına ən çox Əli adı qoyulub. Bu ad 1624 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Yusif (1548), Hüseyn (1505), Uğur (1486), Məhəmməd (1098), Ömər (980), Murad (868), Raul (741), Tunar (705) və Ayxan (696) tutur.

Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib (1625). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1275), Məryəm (1217), Fatimə (1160), Aylin (1154), Mələk (1105), Nilay (987), Nuray (927), İnci (813) və Mədinədir (750).

Son dörd ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Zəhra və Yusif adları verilib. Son dörd ildə 8578 qız uşağına Zəhra, 8526 uşağa isə Yusif adı qoyulub.

AzVision.az

Teqlər: Uşaq  







Xəbər lenti