Direktorun şagirdləri döyməsi ilə bağlı video araşdırılır

 Direktorun şagirdləri döyməsi ilə bağlı video araşdırılır
  06 Yanvar 2022    Oxunub:1445
Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
İdarədən " AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, ümumtəhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

Qeyd edək ki, məktəbin direktoru Z.Əhmədovanın şagirdlərə şagirdlərə əl qaldırması kameralara düşüb və sosial şəbəkədə bu hərəkəti qınağa səbəb olub.



Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   Direktor  



Xəbər lenti