Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  06 Yanvar 2022    Oxunub:620
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə 33 482 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 431 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 407 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 175 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 684 670, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 547 241 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  



Xəbər lenti