Ərdoğan Japarovla Qazaxıstandakı vəziyyəti müzakirə etdi

  Ərdoğan Japarovla Qazaxıstandakı vəziyyəti müzakirə etdi
  06 Yanvar 2022    Oxunub:1008
Qırğızıstan və Türkiyə Prezidentləri Sadır Japarov və Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı vəziyyəti telefonla müzakirə ediblər.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Ölkələrin liderləri ikitərəfli əməkdaşlığın perspektivlərini, regionda mövcud vəziyyəti, o cümlədən, Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Telefon görüşü Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

AzVision.az


Teqlər: Ərdoğan  



Xəbər lenti