Saatlıda itkin düşən azyaşlı tapıldı

Saatlıda itkin düşən azyaşlı tapıldı
  07 Yanvar 2022    Oxunub:475
Saatlıda itkin düşən azyaşlı qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az a verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Övladının itməsi ilə əlaqədar böyük həyəcan hissləri keçirən ata R.Məmmədov tez bir müddət ərzində qızının tam sağlam halda, heç bir zərər görmədən tapıldığına görə Azərbaycan Polisi ilə fəxr etdiyini bildirib, DİN və Saatlı RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər: DİN  





Xəbər lenti