Şəhidin abidəsindən gül dibçəkləri oğurlandı

  Şəhidin abidəsindən gül dibçəkləri oğurlandı
  07 Yanvar 2022    Oxunub:1009
Biləsuvarda şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlanıb.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti