Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb

   Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb
  07 Yanvar 2022    Oxunub:719
"Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb".
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib. Onun sözlərinə görə, onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb:

“Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti