Azərbaycanda əcnəbilərə daha bir jest edildi

// Miqrasiya qanunvericiliyini pozanlara əlavə şans verilir

Azərbaycanda əcnəbilərə  daha bir jest edildi
  07 Yanvar 2022    Oxunub:1537
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycanda uzun müddət miqrasiya qanunvericiliyinin tələblərini pozmaqla (olma və ya yaşama hüququ verən sənədlər olmadan) yaşayan əcnəbilərə müraciət edib.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, miqrasiya qanunvericiliyinin tələblərini pozan, olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tənbehinin (deportasiya) tətbiqi məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq, ölkədə uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər yaşamalarını qanuniləşdirmək məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün dəvət olunurlar.

Qanuniləşmə (leqallaşma) vaksinasiya olunmaq və tibbi xidmətlərdən yararlanmaq, ölkə ərazisində hüquqi hərəkətlər etmək, həmçinin gələcəkdə daha sərt inzibati tənbeh tədbirlərinin tətbiq olunmaması baxımından zəruridir. Ətraflı məlumat üçün regional miqrasiya idarələrinə gələ və ya (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiz".

AzVision.az


Teqlər: DMX  





Xəbər lenti