Qarabağda ötən il 7 200-dən çox mina aşkarlanıb

   Qarabağda ötən il 7 200-dən çox mina aşkarlanıb
  07 Yanvar 2022    Oxunub:1201
İşğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.

AzVision.az -ın məlumatına görə, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, ötən il 6 000 ha ərazinin təmizlənmə öhdəliyi qarşısında, Agentliyin minaaxtaranları 6 201 ha ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib.
Nəticədə, 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Agentlik sədri deyib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 1 981 ha, məskunlaşma üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi üzrə 1 373 ha, nəqliyyat infrastruktur layihələri üzrə 1 618 ha, enerji xətlərinin çəkilməsi üçün 586 ha və 644 ha ərazi digər layihələr üzrə təmizlənərək təhvil verilib.

AzVision.az


Teqlər: Mina  



Xəbər lenti