80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb

80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb
  07 Yanvar 2022    Oxunub:695
"Bu il “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köçürülməsi gözlənilir, onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək".
- AzVision.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Onun özlərinə görə, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub: "Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanılıb".

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti