Qarabağdakı abidələrlə bağlı “Yol Xəritəsi” hazırlanıb

Qarabağdakı abidələrlə bağlı “Yol Xəritəsi” hazırlanıb
  07 Yanvar 2022    Oxunub:826
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində sənədləşdirmə işlərinin təşkili haqqında 26 iyul 2021-ci il tarixli 82 nömrəli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya yaradılıb".
AzVision.az -ın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, infrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib və aidiyyəti orqanlara təqdim edilib.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər: Qarabağ  



Xəbər lenti