“Azıx-Tağlar mağara düşərgələri” qoruğu yaradıla bilər

   “Azıx-Tağlar mağara düşərgələri” qoruğu yaradıla bilər
  07 Yanvar 2022    Oxunub:1311
"Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi geniş müzakirə edilib. Bununla bağlı müvafiq sənədlər hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılacaq".

AzVision.az xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər muzeyi və açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib, işğal muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edilib:

"Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb. Həmçinin Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı - Ərazilərin bərpası və yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanıb və aidiyyəti üzrə göndərilib"

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Tarix   Qoruq  



Xəbər lenti