Qadınlara futbola getmək üçün 5 şərt - FƏTVA

Qadınlara futbola getmək üçün 5 şərt - FƏTVA
  05 Aprel 2014    Oxunub:1028
Səudiyyə Ərəbistanı höküməti qadınların futbol oyunlarını izləməsi üçün 5 şərt qoyub.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə qadınların futbol maçtlarına getməyə icazəsi yox idi. Aprelin 3-də Səudiyyə Ərəbistanında aidiyyati orqanlar toplantı keçərək şəriət qanunlarını pozmamaq şərtilə qadınların futbol oyunlarında iştirak etməsi üçün müzakirələr aparıb.

Toplantının yekunlarına görə, qadınların futbol maçlarına getməsi üçün 5 şərt qoyulub:

1) Stadiona yalnız ailəsi ilə birgə getmək.
2) Ailələr üçün xüsusi ayrılmış yerlərdə yerləşmək.
3) Kişilər ilə təklikdə qalmamaq.
4) Ayrı-ayrı avtomobil dayanacaqlarından və giriş-çıxışlarından istifadə etmək
5) Qadınlar üçün ayrılan xüsusi xidmətlərdən istifadə etmək

Səudiyyə Ərəbistanı höküməti bəyan edib ki, Ciddədə stadionlarda yerlərin 15%-i ailəli insanlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, qadınların futbol maçlarına getməsinə Səud hökuməti tərəfindən ilk dəfə olaraq icazə verilir.


Teqlər:  





Xəbər lenti