Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  07 Yanvar 2022    Oxunub:1009
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə 31 844 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 976, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 809 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 439 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 178 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 688 646, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 572 050 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  



Xəbər lenti