Əqli qüsurlu şəxsin videosunu sosial şəbəkələrdə yayanlar saxlanılıb
O bildirib ki, Quba rayonunda yaşayan əqli qüsurlu şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb: "Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub.
Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşmançılıq keçirdiklərini bildiriblər".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


