Şəhid leytenantın doğum günündə xatirəsi anılıb - VİDEO

Şəhid leytenantın doğum günündə xatirəsi anılıb -  VİDEO
  07 Yanvar 2022    Oxunub:2451
Vətən müharibəsinin şahadətə ucalan qəhrəmanlarınıdan biri olan Anar Qorçuyevin doğum günü qeyd olunub. Bu münasibətlə rəsmilər, döyüş yoldaşları və şəhidin yaxınları onun məzarını ziyarət edib gül dəstələri qoyublar. Daha sonra şəhidin vaxtı ilə təhsil aldığı Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Anar Qorçuyev 1987-ci il yanvarın 4-də Qubadlı rayonunun Çardaqlı kəndində anadan olub. 1993-cü ildə Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Qorçuyevlər ailəsi Sumqayıt şəhərində yaşayıb. 2005-2009-cu illərdə Azərbaycan Universitetində ali təhsil alıb. O, 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Ordumuzun leytenantı olan Anar Qorçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra Vətən uğrunda, Cəbrayılına zad olunmasına görə medalalrı ilə təltif edilib.



AzVision.az


Teqlər:



Xəbər lenti