22 il məhkumluq həyatı yaşayan şəxs oğurluğa görə saxlanıldı
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun İsmayıllıda daha 2 mağazadan telefon danışıq kartları, pul,ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub. D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib. Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


