Bakıda 11 mərtəbəli bina söküləcək

Bakıda 11 mərtəbəli bina söküləcək
  08 Yanvar 2022    Oxunub:2441
Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli bina söküləcək.


Xətai Rayon İcra Hakimiyyətindən AzVision.az -a verilən məlumata görə, bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında söküləcək. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.
İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 3-də Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Ötən il sentyabrın 27-də - Vətən müharibəsi şəhidlərinin Anım Günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva kompleksin və muzeyin təməlqoyma mərasimində iştirak ediblər.

Aytən Zəhra
AzVision.az



Teqlər: Bina  



Xəbər lenti