Xocalıda itkin düşmüş 91 yaşlı erməninin meyiti tapılıb

Xocalıda itkin düşmüş 91 yaşlı erməninin meyiti tapılıb
  08 Yanvar 2022    Oxunub:643
Azərbaycanın Qarabağ bölgəsində itkin düşmüş erməninin meyiti tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, sülhməramlıların müvəqqəti nəzarətində olan Xocalı rayonunun Əsgəran qəsəbəsinin sakini 91 yaşlı E.A. adlı erməni yanvarın 5-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Erməni mediasının məlumatına görə, yaşlı kişinin cəsədi yanvarın 7-də tapılıb və meyitin müayinəsi zamanı hər hansı zorakılıq izi aşkar edilməyib. Saytlar bundan öncə erməninin yolu azaraq minalanmış ərazilərdən birinə keçməsi ehtimalını irəli sürmüşdülər.

AzVision.az



Teqlər: Meyit   Xocalı  





Xəbər lenti