Polis oğurlanan 2 yaşlı körpəni tapdı

 Polis oğurlanan 2 yaşlı körpəni tapdı
  08 Yanvar 2022    Oxunub:2015
Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: DİN   Aadam-oğurluğu  





Xəbər lenti