Bərdədə narkotik satan şəxs saxlanılıb

Bərdədə narkotik satan şəxs saxlanılıb
  09 Yanvar 2022    Oxunub:727
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az - a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun 866 saylı qəsəbə sakini, əvvəllər məhkum edilmiş Elçin Əliyev saxlanılıb. E.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırdığı marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti