Almatıdan Bakıya daha bir reys bağlandı

Almatıdan Bakıya daha bir reys bağlandı
  09 Yanvar 2022    Oxunub:1275
Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı istiqaməti üzrə yanvarın 9-na planlaşdırılan daha bir reysini ləğv edib.
Bu barədə AzVision.az - a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

"Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir", - deyə Aeroportdan bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıda saat 20:50-də, saat 21:50-də əks istiqamətdə uçmalı idi.

AzVision.az


Teqlər:





Xəbər lenti