Ötən il 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

   Ötən il 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
  10 Yanvar 2022    Oxunub:958
2021-ci ildə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.
AzVision.az xəbər verir ki, bu fikirlər Baş Prokurorluqda 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib.

Müşavirədə dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması istiqamətində ötən il keçirilmiş müsabiqə nəticəsində yüksək nəzəri bilikləri ilə seçilən 100 gənc hüquqşünasın müvəffəqiyyət qazandığı, həmçinin hesabat dövründə elan edilmiş 23-cü müsabiqənin yekunlaşması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

AzVision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti