Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlandı
Qeyd olunub ki, o cümlədən, 6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə Amnistiya tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilmiş, cəzaları azaldılıb.
Müşavirədə prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı beynəlxalq tərəfdaşlarla qarşılıqlı münasibətlərin inkişafına da xüsusi diqqət yetirildiyi, hesabat dövründə Rusiya Federasiyası Baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərləri zamanı onların Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmələrinin ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratdığı bildirilib.
AzVision.az
Teqlər: Amnistiya







Vaxtında, Aydın, Lazımlı!


