Ordumuz Qırmızı Bazarda əhalini və obyektləri atəşə tutmayıb - RƏSMİ

   Ordumuz Qırmızı Bazarda əhalini və obyektləri atəşə tutmayıb -    RƏSMİ
  10 Yanvar 2022    Oxunub:938
"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır".

Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb: "Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".

AzVision.az


Teqlər: Qırmızı-Bazar  



Xəbər lenti