Məhkəmə 2 yaşlı uşağı oğurlayan qadınla bağlı qərar çıxardı

   Məhkəmə 2 yaşlı uşağı oğurlayan qadınla bağlı qərar çıxardı
  10 Yanvar 2022    Oxunub:863
Bakıda 2 yaşlı uşağı oğurlamaqda təqsirli bilinən Gültəkin Muradova barəsində məhkəmə qərar çıxarıb.
AzVision.az -ın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev qəsəbə ərazisindən oğurlanıb. Yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı tapılıb.

Körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və onunla qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev saxlanılıblar.
Daha sonra hadisə ilə bağlı uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.

AzVision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti