Naxçıvanda qanunsuz yaşayan 39 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan 39 əcnəbi aşkarlanıb
  11 Yanvar 2022    Oxunub:808
Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 39 əcnəbi aşkarlanaraq qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, dekabrda Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 462 müraciət daxil olub. Оnlardan 205-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılaraq, müvafiq qərarlar qəbul edilib.

AzVision.az


Teqlər: Əcnəbi  



Xəbər lenti